Həmişə xoşbəxt olasınız!

kb palsudAzərbaycana ilk dəfə gəlməzdən qabaq, təxminən iki il əvvəl Azərbaycan haqqında ən çox eşitdiyim söz “iki dövlət, bir millət” sözü idi.

İlk dəfə Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən deyilmiş bu söz, bütün Azərbaycan vətədandaşları tərəfindən qəbul olunmuşdu. Həqiqətən Azərbaycana gələndən sonra mən də tam qərara gəldim ki, “iki dövlət bir millətik”. Buna görə bu ikinci vətənimdə yaşadığım iki il ərzində sizlərin, dəyərli Azərbaycanlı dostlarımızın qonaqpərvərliyinə görə heç qəriblik çəkmədim, özümü öz vətənimdə kimi hiss etdim və gələcəkdə heç vaxt yaddan çıxmayacaq gözəl xatirələr yaşamaq şansına sahip olub, yaxşı, əbədi dostluqlar qurdum.

Keçən bu vaxt ərzində göstərdiyiniz yaxınlıq, qonaqpərvərlik, kömək və dəstəklərinizə görə hamınıza səmimi təşəkkürlərimi bildirmək istəyirəm.

Mən bundan sonra daha çox ailəmin yanından olmaq istədiyimə görə Türkiyədə işləyəcəyəm. Siz dəyərli dostlarıma səmimi qəlbdən demək istəyirəm ki, artıq Ankarada da bir eviniz var, mən də sizləri bu evinizdə qonaq qəbul etməkdən böyük məmnunluq hissi duyacağam. Xahiş edirəm gələcəkdə çəkinmədən məni axtarın.

Pal Süd və Pal Food firmalarımızın Azərbaycanda daha yaxşı, daha üstün nailiyyətlərə çatması, daha çox insanın həyatında yer alan böyük firma olması və bu istiqamətdə inkişaf etdiyi xəbərlərini eşitmək məni daha da fərəhləndirəcək.

Sizlərə və bütün sevdiklərinizə hər şeydən əvvəl can sağlığı, sağlamlıq, xoşbəxtlik, sevinc və işlərinizdə müvəffəqiyyət diləyirəm. Həyatınızda gözəl illər, xoşbəxt sabahlar, real dostluqlar və uğurlar həmişə sizinlə olsun.

Hər zaman Allah köməyiniz olsun,

Salamat qalın,

Hoşçakalın.

Reklamlar

3 responses to “Həmişə xoşbəxt olasınız!

  1. səndən xəbər gəlincə xoşbəxt olduq koray bəy nasılsınız iyimisiniz.Uzun müddətdir boloğu boş buraxdınız İzmirdə Azərbaycana sevgilər

  2. Koray Bey, keyif olsun diye okumaya çalıştım. Vatana mı dönüyorsunuz sonunda? Öyleyse tekrar hoşgeldiniz 🙂

  3. Çok yahşi bir yazı olmuş. Teşekkürler

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s